Paşinyan: Azərbaycana sülh müqaviləsinə dair bəzi təkliflərimizə hələ cavab verməyib

Paşinyan: Azərbaycana sülh müqaviləsinə dair bəzi təkliflərimizə hələ cavab verməyib

Ermənistanın Baş naziri Nikol Paşinyan son məqsədi münasibətlərin normallaşdırılması olan bir sıra təkliflərin İrəvandan Bakıya ünvanlanmasını açıqlayıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Baş nazirin sözlərinə görə, Bakıdan təkliflərə hələlik heç bir reaksiya yoxdur.

Cümə axşamı Nazirlər Kabinetinin iclasında Paşinyan qeyd edib ki, bir neçə ay əvvəl Ermənistan sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyasının gələcək işi ilə bağlı təkliflərini Azərbaycana təqdim edib.

“Ermənistan regional kommunikasiyaların açılması ilə bağlı təkliflərini göndərib və bu yolla problemin həllinə doğru irəliləməyə hazırdır. İrəvan da sərhəd təhlükəsizliyi təminatları ilə bağlı təkliflər verib, lakin hələ ki, cavab yoxdur”, – deyə o əlavə edib.

Təkliflərə digər məsələlərlə yanaşı, Ermənistanın “işğal olunmuş ərazilərin probleminin” həlli də daxildir. Baş nazir bildirib ki, “Azərbaycan Ermənistan ərazilərinin işğalını dayandırmalı və qoşunlarını çıxarmalıdır”.