Paşinyan komandasını Azərbaycanla sərhədə topladı

Paşinyan komandasını Azərbaycanla sərhədə topladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Cermuk şəhərində “Vətəndaş müqaviləsi” partiyasının iclasını keçirib.

NOCOMMENT.az xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə iclasda xarici və daxili siyasətlə bağlı məsələlər müzakirə olunub.

Qeyd edək ki, daha əvvəl erməni mediası iclasda Laçın yolunda baş verən son hadisələrin də müzakirə ediləcəyini yazıb.