Putin: Qazın qiyməti Türkiyədə müəyyən ediləcək

Putin: Qazın qiyməti Türkiyədə müəyyən ediləcək

Türkiyə Rusiya qazının əsas istehlakçılarındandır.

NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, bunu Rusiyanın Prezidenti Vladimir Putin bildirib.

“Rusiya qazının əsas istehlakçıları qonşularımız, o cümlədən Türkiyədir. Türkiyənin təbii qaz infrastrukturunun əhəmiyyətli potensialı var. Qarşıdakı illərdə biz qaz tranzit mərkəzi yaratmağı planlaşdırırıq. Elektron platforma bir neçə ay ərzində həyata keçirilə bilər”, – deyə Putin vurğulayıb.

“Avropalı istehlakçılar üçün təbii qazın qiyməti böyük ölçüdə mərkəzdə (Türkiyədə) müəyyən olunacaq”, – deyə Putin əlavə edib.