Azərbaycandan sənaye transformatorları və elektrik generatorlarının ilk partiyası artıq Ukraynaya çatıb və Rusiyanın hava hücumlarından ən çox zərər çəkmiş rayonlara yola düşüb.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski rəsmi “Facebook” hesabında qeyd edib.
O, bu yardımın indi son dərəcə vacib olduğunu, Ukraynanın mülki əhalisi və mühüm infrastruktur obyektlərinin davamlı olaraq atəşə tutulduğunu bildirib.
“Dəstək və köməyə görə dost Azərbaycanın rəhbərliyinə və xalqına səmimi təşəkkürümüzü bildiririk. Yaşasın Ukrayna, Yaşasın Azərbaycan!”












