Bakıda 119 nömrəli marşrut avtobusundan istifadə edən sərnişinlər hər gün eyni saatlarda yaranan sıxlıqdan şikayətçidirlər. Vəziyyət o yerə çatıb ki, avtobusda nə oturmağa, nə də dayanmağa yer qalmır.
NOCOMMENT.az xəbər verir ki, sərnişinlərin sözlərinə görə, bu cür mənzərə hər gün təkrarlanır. Avtobusda yer olmamasına baxmayaraq, sürücü dayanacaqlarda yenə də sərnişinlərə qapını açır.
Yekunda bu, təhlükəsizlik qaydalarının pozulmasına və sərnişinlərin haqlı narazılığına səbəb olur. Hər gün işə və ya dərsə yollanan sərnişinlər bu sıxlıq içində hərəkət etməyə məcbur olurlar. Narazı sakinlərdən biri vəziyyətdən çıxış yolunu belə izah edib: “Canımızın dərdindən “manatlıq” maşınlarla getmək məcburiyyətində qalırıq”.
Daha ətraflı Baku TV-nin videomaterialında:












