Azərbaycanda ZƏLZƏLƏ oldu

Azərbaycanda ZƏLZƏLƏ oldu

İsmayıllı rayonunda zəlzələ olub.

Bu barədə NOCOMMENT.az-a AMEA-nın nəzdində Respublika Seysmoloji Mərkəzindən bildirilib.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 15:21-də İsmayıllı stansiyasından 16 kilometr şərqdə qeydə alınıb.

Maqnitudası 3,5 olan zəlzələ episentrdə bəzi insanlar tərəfindən hiss olunub. Zəlzələnin ocağı 12 kilometr dərinlikdə olub.