Bakı şəhərində “Lada” markalı minik avtomobili beton maneəyə çırpılıb.
NOCOMMENT.az-ın məlumatına görə, paytaxtın Nərimanov rayonunda “Lada” markalı minik avtomobilinin beton maneəyə çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Həmin qəzadan xilasetmə görüntülərini təqdim edirik:












