Bloomberg agentliyi: Buğdanın qiyməti artacaq

Bloomberg agentliyi: Buğdanın qiyməti artacaq

Nüfuzlu Bloomberg agentliyi bildirir ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü dünyada ciddi ərzaq çatışmazlığı problemi yaradacaq.

NOCOMMENT-in yenisabah-a istinadən məlumatına görə, agentlik bunu onunla əsaslanmdırıb ki, hər iki ölkə – Rusiya və Ukrayna dünyanın əsas taxıl ixracatçısındandır.

Bloomberg-in məlumatında bildirilib ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində dünyada buğda, qarğıdalı və düyünün qiyməti təxminən 22% artacaq, bu da 45 milyonadək insanın aclığa məruz qalmasına səbəb olacaq.

Qeyd edilir ki. hazırda insanların enerji tələbatının 40% də buğdanın, qarğıdalının və düyünün hesabına ödənilir.