Bu xətt cərimə nişanına çevrilib – Sürücülər çətin vəziyyətdə – VİDEO

Bu xətt cərimə nişanına çevrilib – Sürücülər çətin vəziyyətdə – VİDEO

Bakıda geriyə dönmək üçün çəkilən nişanlanma xətti cərimə xəttinə çevrilib.

NOCOMMENT.az xəbər verir ki, Xətai rayonu, Sarayeva küçəsindəki geridönmə zolağı sürücülər üçün cərimə keçidi rolunu oynayır.

Buna səbəb isə əksər avtomobillərin həmin ərazidən asanlıqla keçə bilməməsidir.

Sürücülər bildirirlər ki, yolun eni və çəkilən xətlər standart minik avtomobilinin bir dəfəyə dönməsi üçün bəs etmir. Qaydanı pozmamaq üçün edilən hər cəhd isə tıxaca və ya qəza riskinə yol açır. Ərazidə quraşdırılan kameralar isə cərimələri qeydə alır.

Yol hərəkəti üzrə ekspert Yasin Mustafayev deyir ki, şəhərsalma və yol mühəndisliyi qaydalarına görə bu cür ərazilərdə sərbəst manevr üçün xüsusi məsafə buraxılmalıdır.

Məsələ ilə bağlı yerüstü nəqliyyat agentliyindən mövqe öyrənə bilmədik.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.