Dağıstanda tikintidə usta işləyən azərbaycanlı faciəvi şəkildə həyatını itirib.
“NOCOMMENT” “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qax rayon Qum kənd sakini 1988-ci il təvəllüdlü Səid Əmrullah oğlu Əmirov işlədiyi hündürmərtəbəli binanın 11-ci mərtəbəsindən yıxılaraq ölüb.
34 yaşlı S. Əmirovun nəşi doğulduğu Qax rayonuna gətirilərək Qum kənd qəbiristanlığında dəfn olunub.












