Elza Seyidcahan sirk taxtasından yıxıldı – VİDEO

Elza Seyidcahan sirk taxtasından yıxıldı – VİDEO

Əməkdar artist Elza Seyidcahan klip çəkilişi zamanı yıxılıb və xəsarət alıb.

NOCOMMENT xəbər verir ki, bu barədə müğənni axsam.az-a açıqlamasında deyib.

O bildirib ki, hadisə “Mehriban gəlin” klipinin çəkilişi zamanı olub: “Sirkdə taxtanın üstündə dayanıb hərəkət göstərirlər. Mən də həmin taxtanın üstündə dayandım, yıxıldım. Belimdə və ayağımda zədələr var. Göyərib və ağrıyır. Amma əsas odur ki, işim uğurlu alındı”.