Hafiz Məmmədovun hotelində yanğın – FOTO

Hafiz Məmmədovun hotelində yanğın – FOTO

Bakıda məşhur hoteldə yanğın baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə Məmməd Araz küçəsində – “Ramada Shamdan” hotelində qeydə alınıb.
Qeyd edək ki, uzun müddətdir fəaliyyət göstərməyən hotel tanınmış iş adamı Hafiz Məmmədova məxsusdur.
Məlumat üçün bildirək ki, “Ramada Baku” MMC-nin (VÖEN – 1501954131) qanuni təmsilçisi iş adamı Hafiz Məmmədovun oğlu Kənan Məmmədovdur. Şirkətin martın 11-nə olan tarixə görə dövlət büdcəsinə 62 min 71 manat 23 qəpik vergi borcu var.
Qeyd edək ki, FHN əməkdaşları yanğını tam söndürüb.