İran Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonunda xəstəxana tikməyi planlaşdırır.
NOCOMMENT xəbər verir ki, bunu report-a açıqlamasında İranın Azərbaycandakı səfiri Abbas Musəvi deyib.
Onun sözlərinə görə, bu layihə bu gün Bakıda keçirilən, Azərbaycanla İran arasında İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclasında elan ediləcək.
Səfir əlavə edib ki, İranın işğaldan azad edilmiş ərazilərlə bağlı digər layihələri də var.












