Azərbaycanda bu gün koronavirus infeksiyasına 225 yeni yoluxma faktı qeydə alınıb, 583 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, son sutkada 14 nəfər COVID-19-dan dünyasını dəyişib.
İndiyədək ölkədə ümumilikdə 790 378 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 778 543 nəfər müalicə olunaraq sağalıb, 9 589 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 246 nəfər təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 161, bu günə qədər isə ümumilikdə 6 622 919 test icra olunub.












