Kür çayında 60 yaşlı qadının meyiti tapıldı

Kür çayında 60 yaşlı qadının meyiti tapıldı

Mingəçevirdə Kür çayında qadın meyiti aşkarlanıb.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib. Çayda 55-60 yaşlı qadının meyiti aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda qadının şəxsiyyəti müəyyən edilir.\\Oxu.Az