Məcburi köçkünlərin məskunlaşdığı yataqxana qəzalı vəziyyətdə – VİDEO

Məcburi köçkünlərin məskunlaşdığı yataqxana qəzalı vəziyyətdə – VİDEO

Zirzəmi su ilə dolub, istinad divarlarında çat var, tavanı çöküb.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, 300 keçmiş məcburi köçkünlərin məskunlaşdığı bu bina paytaxtın Binəqədi rayonu Şövkət Məmmədova küçəsindəki yataqxanadır.

Sakinlər deyirlər ki, illər öncə yaşadıqları yataqxanın qəzalı vəziyyətdə olmasıı ilə bağlı rəy verilsə də, onlar hələ də köçürülməyiblər.

Binaqədi Su-Kanal İdarəsinin əməkdaşları çəkiliş ardığımız müddətdə yataqxananın su xəttindəki sızmanın aradan qaldırılmasına müvəffəq oldular. Bildirildi ki, zirzəminin təmizlənməsi isə həftənin ilk iş günündə həyata keçiriləcək.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə bildirildi ki, məsələ diqqətdə saxlanılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.