Muzeydən itən kitab hələ də tapılmayıb

Muzeydən itən kitab hələ də tapılmayıb

Gəncə Dövlət Tarix Diyarşünaslıq Muzeyindən yoxa çıxan kitab hələ də tapılmayıb.

Bu barədə NOCOMMENT.az -a Mədəniyyət Nazirliyindən bildirilib.

“Araşdırmalar davam edir”, – qurumdan qeyd olunub.

Xatırladaq ki, mədəniyyət naziri Anar Kərimov fevralın 3-də Gəncə şəhərində səfərdə olub. O, Gəncə Dövlət Tarix Diyarşünaslıq Muzeyinə də baş çəkib. Bu zaman məlum olub ki, muzey eksponatlarının qeydiyyat kitabı itib. Nazir buna görə muzey rəhbərliyinə iradını bildirib.