SON DƏQİQƏ: Rüstəm İbrahimbəyov vəfat edib

SON DƏQİQƏ: Rüstəm İbrahimbəyov vəfat edib

Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Rüstəm İbrahimbəyov 83 yaşında vəfat edib.

NOCOMMENT xəbər verir ki, bu barədə report-a Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov məlumat verib.

O bildirib ki, R.İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskvada dünyasını dəyişib: “Ailəsinin bizə verdiyi məlumata görə, kinorejissor Vətəndə dəfn olunacaq”.

Azərbaycan Kinematoqrafçılar İttifaqı da R.İbrahimbəyovun vəfatı ilə bağlı məlumat yayıb.

“Kinorejissor uzun sürən xəstəlikdən sonra vəfat edib. Dəfn vaxtı və məkanı barədə əlavə məlumat veriləcək”, – deyə ittifaqdan bildirilib.

Qeyd edək ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakıda anadan olub.