Qəbələ sakini piyadaya yol vermədiyinə görə cərimələnib. Sürücü isə bu qərarla razılaşmır.
NOCOMMENT.az xəbər verir ki, Tərlan Əhmədov maşını ilə hərəkətdə olarkən rayonun Heydər Əliyev prospektində 7 yanvar tarixində 50 manat cərimə olunub. Protokolda göstərilən şəkillərlə cərimənin səbəbi piyadaya yol verməməsi göstərilir.
Protokolda nizamlanmayan piyada keçidinə daxil olmuş piadaya yol vermədiyi göstərilib. Sürücü bu protokolun qanunsuz olduğunu deməklə belə əsaslandırır ki, piyada hələ əks zolaqda olan yolda olub. Avtomaşın piyada keçidini keçdikdə belə piyada onun hərəkət zolağına çatmayıb.
Baş Dövlət Yol Polisi İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, qeyd edilən ünvanda nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol vermədiyinə görə həmin sürücü barəsində inzibati protokol tərtib olunub. Sürücünün protokoldan şikayəti varsa, bu barədə müvafiq qaydada şikayət etmək hüququ mövcuddur. Sürücü protokoldan şikayət edəcəyi təqdirdə araşdırma aparılacaq və bu barədə yenidən qanunamüvafiq qərar qəbul ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.












