Sərnişinlərdən biri taksi sifariş verir, bu zaman ünvana çatdırılma ilə yanaşı əlavə olaraq ödənişli yol pulu da tələb edilir.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı fotolar paylaşılıb. Görüntüdən aydın olur ki, Metronun “Koroğlu” stansiyasının yaxınlığından Mehdiabada gedərkən sərnişindən 2 manat əlavə ödəniş tələb olunur. Bu məbləğ həmin platformada keçid haqqı və ya ödənişli yol rüsumu kimi qeyd olunur.
Taksi şirkətlərinə məxsus tətbiqlərə nəzər saldıqda yol üçün əlavə ödənişə rast gəlmək olur ki, bu da paytaxt daxili deyil, yalnız şəhərlərarası sifarişlərdə görünür.
Sakinlər deyirlər ki, hazırda paytaxt ərazisində taksi sifarişi zamanı bu cür tələbin olmasından xəbərdar deyillər..
Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyevin sözlərinə görə, ödənişli olmayan yollar üçün əlavə pul ödənilməsi yolverilməzdir. Bu tip ödəniş yalnız parking zonalarına giriş üçün tələb oluna bilər. Taksi şirkətlərinə məxsus tətbiqlərdə həmin bölmə öz əksini tapmalıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.












