Körfəzdə mina təhlükəsi: İrandan sərt xəbərdarlıq

Körfəzdə mina təhlükəsi: İrandan sərt xəbərdarlıq

Tehran ABŞ-nin mümkün quru əməliyyatına cavab olaraq Fars körfəzindəki dəniz yollarını minalaya biləcəyi ilə bağlı xəbərdarlıq edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İran Müdafiə Şurası rəsmi məlumat yayıb. İran tərəfi düşmənin sahilboyu ərazilərə və ya adalara hər hansı hücum cəhdinin qarşılığında bütün keçidlərin və nəqliyyat xətlərinin minalanacağını bəyan edib. Fars agentliyinin yaydığı məlumata görə, bəyanatda bildirilir: “Hərbi təcrübəyə uyğun olaraq, Fars körfəzi və sahilboyu ərazilərdəki bütün nəqliyyat yolları müxtəlif növ dəniz minaları, o cümlədən üzən minalarla doldurulacaq”.

Məlumata görə, neytral dövlətlər üçün Hörmüz boğazından keçməyin yeganə yolu tranzitin Tehranla əvvəlcədən razılaşdırılması olacaq. İran Müdafiə Şurası, həmçinin hər hansı bir müdaxiləyə “qətiyyətli və sarsıdıcı cavab” verəcəklərini vurğulayıb.

Sara,
NOCOMMENT.az