Ankarada xarici ölkə vətəndaşı olan qadınları Türkiyəyə gətirərək əyləncə məkanlarında qanunsuz şəkildə çalışdıran şəbəkəyə qarşı genişmiqyaslı əməliyyat keçirilib. İnsan alveri ilə bağlı aparılan istintaq çərçivəsində həyata keçirilən tədbirlər zamanı ümumilikdə 29 şübhəli şəxs saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, həmin məkanlar xarici qadınlara rəsmi iş icazəsi alaraq onları ofisiant və ya təmizlik işçisi kimi qeydiyyata salıb, lakin faktiki olaraq usulsüz fəaliyyətlərə cəlb ediblər.
NOCOMMENT.az xəbər verir ki, əməliyyatın ilk mərhələsində müxtəlif əyləncə mərkəzlərində çalışan 13 Qazaxıstan, 11 Rusiya, 4 Belarus, 5 Efiopiya, 3 Ukrayna, 1 Braziliya və 1 Keniya vətəndaşı olmaqla, cəmi 38 qadın müəyyən edilərək Miqrasiya İdarəsinə təhvil verilib. Bu 38 qadın haqqında deportasiya qərarı verilərək ölkədən çıxarılma prosesi həyata keçirilib. Əməliyyatın ikinci mərhələsində isə daha 5 fərqli məkanda 9 xarici qadın da aşkar olunub. Tibbi müayinələrdən keçirilən bu qadınlar da deportasiya edilmək üçün İl Miqrasiya İdarəsinə göndəriliblər. Səlahiyyətli qurumlar bu növ qanunsuzluqların qarşısını almaq üçün əyləncə məkanlarına nəzarətin daha da artırıldığını bildiriblər.
Sara,












