Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 37 500 hərbçisi məhv edilib.
NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 645 tank, 3 828 zirehli maşın, 838 artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 109 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 188 helikopter, 676 operativ-taktiki PUA, 155 qanadlı raket, 15 gəmi/qayıq, 2 696 avtomobil və tanker, 66 xüsusi texnikadan ibarətdir.












