146-cı gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

146-cı gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 38 550 hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayaıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 691 tank, 3 892 zirehli döyüş maşını, 851 artilleriya sistemi, 248 reaktiv yaylım atəşi sistemi, 113 hava hücumundan müdafiə sistemi, 220 təyyarə, 188 helikopter, 693 PUA, 167 qanadlı raket, 15 gəmi, 2 767 avtomobil texnikası və avtosistern, 70 xüsusi texnikadan ibarətdir.