Rusiya müharibənin 147-ci günü üçün Ukrayna ordusunun itkiləri barədə məlumatı yeniləyib.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 259 təyyarəsi, 143 helikopteri, 1 572 PUA-sı, 356 zenit-raket kompleksi, 4 135 tank və digər zirehli texnikası, 760 reaktiv yaylım atəş sistemi, 3 166 artilleriya və minaatanı, 4 410 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.












