148-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

148-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Ukrayna müharibənin 148-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 38 850 hərbçi, 1 704 ədəd tank, 3 912 ədəd zirehli döyüş maşını, 859 ədəd artilleriya sistemi, 251 ədəd reaktiv yaylım atəş sistemi, 113 hava hücumundan müdafiə sistemi, 221 ədəd hərbi təyyarə, 188 ədəd helikopter, 2 781 ədəd avtomobil texnikası, 710 ədəd PUA, 167 qanadlı raket, 15 gəmi/qayıq, 72 xüsusi avadanlıq itirib.