Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Ermənistanın işğalından azad olunan Cəbrayıl rayonunda minatəmizləmə işləri ilə tanış olub.
NOCOMMENT xəbər verir ki, o, bu barədə özünün tviter hesabında paylaşım edib.
“Cəbrayılda “Qaya Safety Solutions şirkətini ziyarət etdim və orada həyata keçirilən mühüm təmizləmə əməliyyatları ilə tanış oldum. Mən həm də minaların harada olduğunu müəyyən edə bilən bu işçilərlə tanış oldum”, – deyə səfir yazıb.











