BU İSTİQAMƏTDƏ mövqelərimiz atəşə tutuldu

BU İSTİQAMƏTDƏ mövqelərimiz atəşə tutuldu

İyulun 8-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən NOCOMMENT.az -a daxil olan xəbərə görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.