Son günlər İranın Şərqi Azərbaycan əyalətinin Vərziqan şəhərində yerləşən Sonqun mədənində 20-yə yaxın işçi həbs edilib.
NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə İran İşçilərinin Azad İttifaqı məlumat verib.
Məlumata görə, həbs bu mədənin minlərlə işçisinin tətili başa çatdıqdan sonra həyata keçirilib. Təhlükəsizlik qurumları Sonqun mis kompleksinin rəhbərliyi və podrat şirkətlərinin əməkdaşlığı ilə həbsi həyata keçirib.
Ətraflı
Məlumatda o da qeyd olunub ki, Vərziqanda yaşayan jurnalist Behnam Zarei işçilərin 5 günlük tətili ilə bağlı və Sonqun kompleks rəhbərliyinin şikayəti əsasında həbs edilib.












