Ərdoğandan anons: Bir azdan dünyaya müjdə verəcəyik

Ərdoğandan anons: Bir azdan dünyaya müjdə verəcəyik

Bir azdan Dolmabağçada BMT baş katibinin iştirakı ilə Rusiya və Ukrayna nümayəndələri ilə birlikdə taxıl dəhlizi ilə bağlı problemləri aradan qaldıraraq imzalar atılacaq və dünyaya müjdə verəcəyik.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Ukrayna-Rusiya müharibəsində təchizat sistemlərində yaranan maneələr göstərdi ki, Türkiyənin iqtisadi proqramı düzgündür.