Ermənistan ordusunun əsgəri döyüş mövqeyində ölüb.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2003-cü il təvəllüdlü Arsen Manukyan bu gün səhər saatlarında başından aldığı güllə yarasından yerindəcə keçinib. Olayın şərq istiqamətində yerləşən hərbi hissələrdən birində baş verdiyi qeyd edilib.
Hadisənin təfərrüatı araşdırılır.












