Ermənilər Füzulidə cəsəd tapa bilmədilər

Ermənilər Füzulidə cəsəd tapa bilmədilər

Bu gün Füzuli rayonunda Vətən Müharibəsi zamanı məhv edilən erməni hərbi qulluqçuların cəsədlərinin axtarışı davam edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə qondarma ölkənin fövqəladə hallar xidmətinin sözçüsü Unan Tadevosyan məlumat yayıb. Onun sözlərinə görə, bu gün həyata keçirilən axtarış işləri nəticəsiz qalıb, heç bir cəsəd tapılmayıb.

Qeyd edək ki, ötən ilin noyabr ayının 10-dan etibarən başlayan axtarış işləri nəticəsində azad edilən rayonlardan 1631 erməni hərbi qulluqçunun cəsədi aşkarlanıb.