Ermənistan Səhiyyə Nazirliyində Azərbaycanla sərhəddə baş verən toqquşmalar nəticəsində mülki əhali arasında itkilərin olması barədə məlumat yoxdur.
NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.
“İndiyədək Ermənistan Respublikası vətəndaşları arasında itkilər barədə məlumat olmayıb”, – deyə nazirlikdən qeyd edilib.
Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Ermənistan tərəfi guya Azərbaycan Ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə məlumat yayıb. Lakin Azərbaycan Müdafiə Nazirliyi məlmatları təkzib edib.












