Ermənistanın Baş Prokurorluğu İrəvanın keçmiş meri Taron Markaryanı və sabiq Baş prokuror Gevork Kostanyanı, eləcə də onların ailə üzvlərini dindirilməyə çağırıb.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Markaryan və onun ailə üzvləri iyulun 14-də, Kostanyan isə iyulun 19-da Baş Prokurorluqda olmalıdırlar.
Qeyd edək ki, hər iki sabiq məmur barəsində cinayət işi qaldırılır. Markaryan vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Kostanyan isə 1 mart hadisələri ilə bağlı təqsirləndirilən şəxs kimi çağırılıb.












