Ermənistanda südün qiyməti kəskin artıb.
NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, hazırda ölkədə süd çatışmazlığı var.
Yerli zavodlar südün litrini ən azı 220 dramdan alırlar. Bu, ölkədə uzun illərdən sonra ilk belə haldır ki, yay mövsümündə süd nəinki ucuzlaşmır, əksinə, bahalaşır.












