Gürcüstan-Ermənistan sərhədində zəlzələ olub

Gürcüstan-Ermənistan sərhədində zəlzələ olub

Gürcüstanda 4,8 bal gücündə baş verən zəlzələ Ermənistanda da hiss olunub.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə ölkənin FHN mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələ Şirak, Lori, Tavuş, Araqatsotn rayonlarında (4-5 bal) və İrəvanda (2-3 bal) hiss olunub.

Yeraltı təkanlar Ermənistanın ikinci böyük şəhəri – Gümrüdə də hiss olunub.

Dağıntı və tələfat barəsində məlumat yoxdur.