Gürcüstanda soydaşımıza yüksək vəzifə verildi

Gürcüstanda soydaşımıza yüksək vəzifə verildi

Gürcüstan parlamentin üzvü Savalan Mirzəyevin qardaşı Qardabani merinin müavini vəzifəsinə təyin olunub.

NOCOMMENT.az bu barədə gürcü mediasına istinadla xəbər verir.

Bildirilir ki, Fuad Mirzəyev ötən həftədən vəzifəsinin icrasına başlayıb.

Digər mənbədən aldığımız məlumata görə, bundan əvvəl həmin vəzifədə Dünyamalı Hacıyev çalışırmış, fəqət o, işdən çıxarılıb, əvəzinə Savalan Mirzəyevin qardaşı təyin olunub.

publika.az