İstanbulda azərbaycanlı kürəkəni tərəfindən öldürüldü

İstanbulda azərbaycanlı kürəkəni tərəfindən öldürüldü

İstanbul Başakşəhərdəki Atatürk Olimpiya Stadionu ətrafındakı meşəlik ərazidə Azərbaycan əsilli Mübariz Nuriyevin cəsədi tapılıb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, polis cinayəti aydınlaşdırmaq üçün ətrafdakı təhlükəsizlik kameralarına baxış keçirib.

Nəticədə Nuriyevin kürəkəni H.H.S. tərəfindən öldürüldüyü bəlli olub.

Polis Nuriyevin kürəkənini saxlayıb.

Faktla bağlı araşdırma davam etdirilir.