İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT arasında taxıl böhranı mövzusunda danışıqlar başa çatıb.
NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, görüşdə 3 ölkənin Müdafiə Nazirliklərinin hərbi heyətləri və BMT nümayəndə heyəti iştirak edib.
Tərəflər Ukrayna limanlarında gözləyən taxıl yüklü gəmilərin hərəkət istiqamətini və təhlükəsizlik məsələlərini müzakirə ediblər.












