Xəbər verdiyimiz kimi, Ukraynanın Odessa şəhərində azərbaycanlı iş adamı Laçın Məmmədov cinayətkar qruplaşmalardan birinin rəhbərinin sifarişi ilə qətlə yetirilib.
NOCOMMENT yeniavaz-a istinadən bildirir ki, qətl hadisəsini törədən Gürcüstan vətəndaşı Elmuraz Məmmədov paytaxt Kiyevdə saxlanılıb.
Ukraynanın teleqram kanallarında qatilin Polşaya getmək istəməsi barədə məlumatlar yayılıb. E.Məmmədovun Ukrayna mobil operatorlarından birinə məxsus nömrə ilə Azərbaycana zəng vurması nəticəsində ələ keçdiyi bildirilir.
Qeyd edək ki, avqustun 3-də Ukraynanın Odessa şəhərində qətlə yetirilən Lotu Qulinin adamlarından birinin sifarişi ilə Gürcüstan vətəndaşı Elmuraz Məmmədov azərbaycanlı iş adamı Laçın Məmmədovu odlu silahdan atəş açaraq qətlə yetirib. O, qətldən sonra gümüşü rəngli “Mercedes” markalı avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşıb. Hadisə anı təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.












