Dünənki brifinqdə pencəyimin yaxasında olan bayraq barədə mənə çox sual verirlər. Bəziləri hətta hesab edirlər ki, bu, naxışlı tikmədir.
NOCOMMENT xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqram kanalında belə yazıb.
İyulun 21-də Rusiya XİN-dəki brifinq zamanı M.Zaxarovanın pencəyinin yaxasında Rusiya bayrağı olub.
“Sinəmdə Azərbaycanın hədiyyəsi idi. Daha doğrusu, Azərbaycanda yaşayan rusiyalıların xahişi ilə azərbaycanlı xanım ustanın biserlərlə hazırladığı bu broşu Bakıdakı Müqəddəs Məryəm Ananın Miladı kilsəsi hədiyyə edib. Kilsənin keşişi Anton ata bu yaxınlarda mənə həmin broşu Bakıda kilsədə ibadət edən dindarların adından verdi”, – deyə Zaxarova izləyicilərinə bir daha broşu göstərib.













