MN: Ordumuzun Ermənistanla sərhəddə qarşı tərəfə atəş açması barədə məlumat yalandır

MN: Ordumuzun Ermənistanla sərhəddə qarşı tərəfə atəş açması barədə məlumat yalandır

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədində Ordumuzun bölmələri tərəfindən qarşı tərəfin mövqeləri istiqamətində atəş açılması iddialarını təkzib edib.

NOCOMMENT xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesablarında yayılan məlumatda bildirilib.

“Azərbaycan-Ermənistan dövlət sərhədində Ordumuzun bölmələri tərəfindən guya qarşı tərəfin mövqeləri istiqamətində atəş açılması barədə erməni mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır”.