Nikol Paşinyan ölən hərbçilərin sayını AÇIQLADI

Nikol Paşinyan ölən hərbçilərin sayını AÇIQLADI

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddəki gərginlikdə ölən erməni hərbçilərin ilkin sayını açıqlayıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə hökumət başçısı parlamentdə çıxış edərkən söyləyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi 49 hərbçisini itirib: “Bu, yekun rəqəm deyil. Ölənlər haqqında hələ dəqiq məlumat almırıq, heç bir məlumat dərc etmirik. Qeyd edilməlidir ki, ordumuz, əsgər və zabitlərimiz fədakarlıqla döyüşüblər”.