Ermənistanın müraciəti əsasında hazırda KTMT-də Daimi Şura iclası keçirir.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Məclisdə çıxışı zamanı danışıb.
“Biz KTMT-yə müraciət etmək qərarına gəldik. Həmin müraciətlə bağlı hazırda KTMT Daimi Şurasının iclası keçirilir. Biz artıq 1997-ci ilin dostluq və qarşılıqlı yardım müqaviləsi əsasında Rusiyaya müraciət etmişik. Həmçinin, BMT Təhlükəsizlik Şurasına müraciət etmək qərarına gəlmişik. Vəziyyət təcili olaraq müzakirə olunmalıdır”, – deyə Paşinyan vurğulayıb.
Baş nazirin sözlərinə görə, onun Rusiya, Fransa, İran prezidentləri, ABŞ dövlət katibi, Avropa Şurasının rəhbəri ilə telefon danışıqları olub, müdafiə naziri isə rusiyalı həmkarı ilə danışıqlar aparıb.












