Ermənistanın Baş naziri Nikol Paşinyan saat 11:00-da ölkə parlamentində çıxış edəcək.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan parlamentinin spikeri Alen Simonyan açıqlayıb.
Simonyan bildirib ki, indi xalq və siyasi qüvvələr birləşməlidirlər, siyasi və digər fikir ayrılıqlarına yer olmamalıdır. Natiq panikaya düşməməyə çağırsa da, vəziyyətin ağır olduğunu da gizlətməyib.
“Sizdən dezinformasiya yaymamağınızı və yalnız rəsmi məlumatları izləməyinizi xahiş edirəm”, – deyə Simonyan əlavə edib.












