Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 27 iyunda Fransanın paytaxtı Parisə gedəcək.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan TŞ-nin mətbuat xidməti məlumat yayıb.
Qriqoryanın kimlərlə görüşəcəyi və səfərinin məqsədi barədə heç bir məlumat verilməyib.
Qeyd edək ki, iyunun 17-də İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şurası Katibləri Komitəsinin iclası keçirilmişdi.












