Rusiya açıqladı: Taxıl dəhlizi ilə bağlı danışıqlar

Rusiya açıqladı: Taxıl dəhlizi ilə bağlı danışıqlar

Rusiya taxıl böhranı ilə bağlı Türkiyədə keçirilən zirvə ilə bağlı açıqlama verib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Rusiya, Türkiyə, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında taxılla bağlı danışıqların davam edəcəyini açıqlayıb.

Ukrayna, Rusiya və Türkiyənin hərbi nümayəndə heyətləri dünən İstanbulda BMT rəsmiləri ilə görüşərək Ukraynanın Qara dəniz limanlarından taxıl ixracının bərpasına imkan verəcək mümkün razılaşmanı müzakirə ediblər.

Milli Müdafiə naziri Hulusi Akar verdiyi yazılı açıqlamada görüşün “müsbət və konstruktiv atmosferdə” keçdiyini ifadə edərək bildirib ki,, Ukrayna və Rusiya nümayəndə heyətlərinin gələn həftə Türkiyədə keçiriləcək görüşü ilə bağlı konsensus əldə olunub. Gələn həftə keçirəcəyimiz bu görüşdə həm bütün detallar bir daha nəzərdən keçiriləcək, həm də gördüyümüz işlərə imza atılacaq.