Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib

Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib

Türkiyənin Milli Kəşfiyyat İdarəsi İraqın şimalında yerləşən Süleymaniyə bölgəsində növbəti antiterror əməliyyatı keçirib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, nəticədə PKK terror qruplaşmasının rəhbərliyində təmsil olunan Hatice Hezer məhv edilib.

Terrorçu PKK-nın “şura” üzvü kimi fəaliyyət göstərirmiş.

Əməliyyatın detalları açıqlanmayıb.