Türkiyə ordusunun İraqın şimalındakı Pəncə-Kilit və Pəncə-Pələng bölgələrində əməliyyatı zamanı daha 5 PKK terrorçusu zərərsizləşdirilib.
NOCOMMENT xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviter hesabında məlumat verib.
“Terrorun kökünü kəsməkdə qərarlıyıq! Qəhrəman mehmetçik İraqın şimalında Pəncə-Kilit və Pəncə-Pələng bölgələrində aşkar etdiyi 5 PKK terrorçusu zərərsizləşdirildi”, – deyə paylaşımda bildirilib.












