Türkiyə ordusu Suriyada terrorçuları zərərsizləşdirdi

Türkiyə ordusu Suriyada terrorçuları zərərsizləşdirdi

Türkiyə təhlükəsizlik qüvvələri Suriyanın şimalında PKK/YPG-nin 4 üzvünü zərərsizləşdirib.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, terrorçular Türkiyə Silahlı Qüvvələrinin “Fərat Qalxanı”nın antiterror əməliyyatı zonasında silahlı döyüş əməliyyatı hazırlayırmış.